Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün “Facebook” sosial şəbəkəsi istifadəyə verilib


2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Zukerberq “The Facebook” sosial şəbəkəsini istifadəyə verib.

 

Sosial şəbəkədə əvvəlcə yalnız Harvard Universitetinin tələbələri qeydiyyatdan keçmək imkanına malik idilər, 2004-cü ilin martından etibarən qeydiyyat Stenford, Yelsk və Kolumbiya universitetlərinin tələbələri üçün də əlçatan olub.

 

2005-ci ildə şirkət “facebook.com” domen adını 200 min dollara satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçiləri üçün əlçatan olub. 4 ildən sonra şirkətin dəyəri 41 milyard dollar məbləğində qiymətləndirilmişdi.

 

2012-ci ilin mayında “Facebook” texnologiya sənayesi tarixində ən böyük “IPO” keçirərək 16 milyarddan çox dollar cəlb etməyə nail olmuşdu.

 

Emil Hüseynov






04/02/20    Çap et