Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un həlli ən yaxşı antiviruslardan biri kimi qəbul edilib


Antivirusların effektivliyi tez-tez mübahisə mövzusu olur. 18 populyar antivirusu (həm ödənişsiz, həm də ödənişli) sınaqdan keçirmiş müstəqil "AV-TEST" laboratoriyası bu mübahisədə son nöqtəni qoyub. Şirkətin yekun qərarı olduqca gözlənilməz olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, Almaniya şirkətinin mütəxəssislərinin versiyasına görə, bu antivirus 10 ən səmərəli antivirus proqramından biridir, istifadə rahatlığı və qoruma etibarlılığı kateqoriyalarında maksimum bal, həmçinin məhsuldarlıq göstəricisi üzrə 6 mümkün baldan 5,5 bal toplayıb.

 

"Microsoft Windows Defender" antivirusu "sıfır günü" boşluğu, yanlış saxta bloklama və bildirişlərin olmaması daxil olmaqla zərərli hücumlara qarşı 100%-lik müdafiə nümayiş etdirib. Məsələn, proqram sınaqdan öncə son 4 həftə ərzində qeydə alınmış 20428 virus nümunəsini uğurla müəyyənləşdirib.

 

Emil Hüseynov






05/02/20    Çap et