Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüterdə “WhatsApp” messencerindən istifadə edənlər təhlükə ilə üzləşiblər


“WhatsApp” messencerinin masaüstü kompüterlərdən yazışmağa imkan verən kliyentində ciddi boşluq aşkar edilib. Bu barədə “PerimeterX” şirkətinin tədqiqatçısı Qel Veysman məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, sözügedən boşluğun həm “Windows”, həm də “macOs” üçün kliyentlərdə mövcud olduğu məlum olub. Cinayətkarlar mesajlara “JavaScript” kodu yerləşdirməklə kompüterdəki fayllara uzaq məsafədən müdaxilə edə, mesajların mətnini dəyişdirə və ya zərərli proqram təminatı quraşdırmaq imkanına malik olublar.

 

Bu vəziyyət proqram tərtibatçılarının “Chromium” mühərrikinin köhnə versiyasından istifadə etməsi ilə izah edilib.

 

Emil Hüseynov






06/02/20    Çap et