Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya da planşet istehsalına maraq göstərir


Rusiyanın "Yeni texnologiyalar" şirkəti “BigPad” planşetinin istehsalını təşkil edib. Bu barədə “CNews” yazıb. Qurğunun ölçüləri 217x80x19 sm, çəkisi isə 200 kq təşkil edir. Əməliyyat sistemi kimi “Windows” və ya “Mac OS” istifadə edilə bilər.

 

42 düymlü sensor ekranla təchiz edilmiş planşetin qiyməti təxminən 12,7 min dollar təşkil edir. Qurğu istifadəçilərə internetə daxil olmağa, xidmətləri ödəməyə, sənədləri çap etməyə imkan verir. Bundan əlavə, “BigPad” planşeti digər qurğulara “Wi-Fi”-in paylanması üçün istifadə oluna bilər.

 

Planşetdə “Skype”-ın biznes-versiyası əvvəlcədən qurulub və o, səs axtarış texnologiyasını dəstəkləyir. Tərtibatçıların sözlərinə əsasən, aparat istənilən ictimai yerdə (ticarət mərkəzləri, aeroportlar, vağzallar, idman kompleksləri, banklar, biznes mərkəzlərində və s) praktik olaraq istifadə oluna bilər.

 

Layihəyə 318 min dollar sərmayə qoyublar, hal-hazırda Almaniyanın və Fransanın biznes mərkəzləri və mehmanxanalarında quraşdırmaq üçün təxminən 250 belə qurğu sifariş edilib.






28/11/11    Çap et