Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Axınlı proqram təminatı tətbiqlərə smartfonda daha az yer tutmağa imkan verəcək


Mühəndislər tərəfindən hazırlanmış axınlı proqram təminatı mobil tətbiqlərə smartfonda daha az yer tutmağa imkan verəcək. Sistem bulud texnologiyasına əsaslanan server vasitəsilə lazım olduqda mobil tətbiqi məlumat və hesablama gücü ilə təmin edir. Bu, mobil tətbiqə telefonda cari anda lazım olan disk sahəsindən istifadə etməyə imkan verir. Bu haqda Perdyu Universitetinin mühəndislərinin araşdırmasında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, proqram təminatı “Netflix” kimi axınlı xidmətlərin işləmə mexanizminə uyğun olaraq mobil tətbiqetmə üçün məlumatları translyasiya etməyə imkan verir. Bildiyimiz kimi, “Netflix” xidmətinin istifadəçiləri bütün film və serialları öz kompüterlərinə yükləmir, lazım olduqda onları internet üzərindən izləyirlər.
 
Yeni sistem də eyni prinsip üzrə işləyəcək: o, real vaxt  rejimində istifadəçi tərəfindən sorğulanan kodun bir hissəsini, həmçinin tutumlu faylları ötürəcək.
 
Axınlı proqram təminatının sınaqları nəticəsində məlum olub ki, belə yanaşma mobil tətbiqin smartfona quraşdırılması ilə müqayisədə onun işində gecikmə yaratmır.
 
Emil Hüseynov




08/02/20    Çap et