Veb-mənbələrin məlumatına əsasən, “Motorola Mobility” şirkəti dekabr ayının 8-də “Android 2.3.x” əməliyyat sistemi ilə işləyən “Droid 4” smartfonunu təqdim edəcək. Smartfonun “ürəy”ini 1.2 QHz takt tezlikli 2 nüvəli prosessor təşkil edəcək.
Əməli yaddaş tutumu 1 QB; qHD kəskinlikli sensor ekranın diaqonalı (540×960 nöqtə) 4 düym təşkil edəcək. Aparat "yan slayder" form-faktoruna malikdir. Videoəlaqə üçün ön kamera və 8 meqapiksel matrislə arxa kameranın olduğu bildirilib.
“Droid 4” smartfonu LTE texnologiyasından istifadə edən dördüncü nəsil mobil şəbəkələrində işi dəstəkləyir. 1785 mA/saat tutumunda akkumulyator batareyası qidalanmanı təmin edir.