Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya yeni kəşfiyyat peykini orbitə buraxıb


Yaponiya "Optical 7" adlı yeni kəşfiyyat peykini orbitə buraxıb. Yüksək keyfiyyətli kamera ilə təchiz edilmiş peyk pis hava şəraitində və gecə planet səthinin şəkillərini çəkmək imkanına malikdir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, peyk Kaqosima prefekturasının cənub-qərbində yerləşən Taneqasima kosmodromundan orbitə buraxılıb. Aparatın istehsalçısı "Mitsubishi Heavy Industries" şirkətidir.

 

"Optical 7" peyki yüksək keyfiyyətli kamera ilə təchiz edilib, pis hava şəraitində və gecə planet səthinin şəkillərini çəkmək imkanına malikdir. Peykin hazırlanmasına 274 milyon dollar xərclənib. Peyk Yaponiyanın milli təhlükəsizlik məsələlərinə xidmət edəcək, buna görə onun haqqında əlavə məlumat verilmir.

 

Emil Hüseynov






10/02/20    Çap et