Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” öz smartfonlarından təhlükəli proqramı silib


“Samsung” cari ilin əvvəlində qalmaqal mərkəzində olub. “Galaxy S10” və “Note10” smartfonlarına dünyada istifadəçiləri izləməkdə ittiham edilən Çinin “Qihoo 360” şirkətinin utilitinin quraşdırıldığı məlum olub. 1 ay sonra Cənubi Koreya istehsalçısı təhlükəli tərəfdaşla əlaqəsini dayandırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti əvvəlcə Çin serverlərinə anonim statistik məlumatların ötürülməsi barədə bəyanat vermişdi. Ancaq indi məlum olub ki, şirkət öz qurğularından qalmaqallı proqramı tamamilə silib.

 

“Qihoo 360” utiliti smartfonların proqram təminatına sistem səviyyəsində inteqrasiya edilmişdi. Utilit daxili yaddaşı skan edərək onu proqramların keşi və reklam faylları kimi lazımsız fayllardan təmizləməyə imkan verirdi. Lakin proqram həm də istifadəçilər haqqında müxtəlif məlumatları toplayaraq onları Çindəki serverlərə ötürürdü.

 

Emil Hüseynov






10/02/20    Çap et