Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AirPods” qulaqlıqlarının qlobal defisiti proqnozlaşdırılıb


“AirPods” qulaqlıqlarının satışı təhlükə altındadır. Yaponiyanın “Nikkei” agentliyinin mənbələri koronavirus epidemiyası ilə əlaqədar sözügedən qulaqlıqların istehsalında problem olduğu haqda məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, insayderlər koronavirus epidemiyasına görə “AirPods” qulaqlıqlarının qlobal defisitini proqnozlaşdırırlar. “Apple”ın tədarükçüləri istehsalı dayandırmağa məcbur olublar. Agentliyin məlumatına görə, “Luxshare-ICT”, “Goertek” və “Inventec” komponentlərin tədarükünü və istehsalın bərpasına icazə gözləyirlər.

 

“Apple” şirkətinin gözləntisinə görə, tərəfdaşlar bazar ertəsi istehsalı işə salacaqlar. Vəziyyətlə tanış bir mənbəyə görə, şirkətlər yaxın 2 həftə ərzində işi bərpa etməsələr və komponentlər tədarük edilməsə, onda “AirPods” qulaqlıqlarının qlobal defisiti gözlənilir. “Nikkei” agentliyi yazır ki, “Apple” Çindəki epidemiya xəbərindən öncə 45 milyon qulaqlıq sifariş etmişdi.

 

Emil Hüseynov






10/02/20    Çap et