“Nokia” şirkəti “N9” smartfonunun yeni versiyasını təqdim edə bilər
"Nokia" şirkəti "N9" smartfonunun yenilənmiş versiyasını təqdim edə bilər. Bu haqda Çinin "MyDrivers" nəşrinin mənbələri məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "
lenta.ru" saytına istinadən yazır ki, "Nokia"nın sözügedən smartfonunun yeni versiyasının təqdim edilməsi barədə şayiələr ilin əvvəlində yayılmağa başlanıb. Mənbənin məlumatına görə, yenilənmiş aparat "AMOLED" displeyə, ikiqat kameraya malik olacaq və "Android"in aktual versiyasının idarəetməsi altında işləyə biləcək. Cihazın "Nokia N9 Remastered Edition" və ya "Nokia N9 2020" adlandırılacağı güman edilir.
"N9" 2011-ci ildə "Nokia" şirkətinin "Symbian" əməliyyat sistemindən imtinasından sonra çıxarılmış ilk smartfondur. "MeeGo" əməliyyat sistemi ilə işləyən "Nokia N9" aparatı "Meego" firması ilə əməkdaşlıq çərçivəsində istehsal edilmiş yeganə cihaz olub.
Emil Hüseynov