Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildə təmassız ödənişlərin həcmi 2 trilyon dollar təşkil edəcək


"Juniper Research" analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə dünyada təmassız ödənişlərin həcmi 2 trilyon dollar təşkil edəcək, 2024-cü ildə bu göstərici 6 trilyon dollaradək artacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, mütəxəssislər bu bazarın inkişafını "Apple", "Google" və digər  smartfon istehsalçılarına məxsus ödəniş xidmətlərinin artan populyarlığı, həmçinin təmassız bank kartları ilə edilən əməliyyatların həcminin artması ilə izah edirlər.
 
"Juniper Research" tədqiqat şirkətinin proqnozuna görə, ABŞ-da təmassız kartların populyarlığında əhəmiyyətli artım müşahidə olunacaq və 2024-cü ildə əməliyyatların dəyəri 1,5 trilyon dolları ötəcək.
 
"Apple Pay" məhsul və xidmətlərin təmassız ödənişi üçün ən populyar sistem olaraq qalır. 2020-ci ildə əməliyyatların 43%-nin bu xidmətin payına düşəcəyi gözlənilir, 2024-cü ildə bu göstərici 52% təşkil edəcək. Bu, Asiya-Sakit okean regionu, Çin və Avropada "Apple Pay" istifadəçilərinin sayının artması hesabına olacaq.
 
Emil Hüseynov




12/02/20    Çap et