Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil Dünya Konqresi koronavirusa görə ləğv edilib


Mobil Dünya Konqresinin (Mobile World Congress, MWC) təşkilatçısı “GSMA” Assosiasiyası koronavirus epidemiyası ilə əlaqədar tədbirin keçirilməsinin ləğv olunması barədə qərar qəbul edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RG” resursuna istinadən yazır ki, assosiasiyanın məlumatında deyilir: “Bütün amilləri nəzərə alaraq “GSMA” koronavirusun yayılması, tədbirlərin keçirilməsi ilə əlaqədar problemlər və digər səbəblərə görə “MWC 2020” sərgisinin ləğv edilməsi barədə qərar qəbul edib. Qərar Barselona meriyası tərəfindən anlaşıqlı qarşılanıb. Həmçinin tərəflər arasında gələcəkdə “MWC 2021” və digər sərgilər üzərində birgə çalışmaqla bağlı razılıq əldə olunub. Çində və bütün dünyada virusdan ziyan çəkənlərə cansağlığı arzulayırıq”.

 

Qeyd edək ki, “Mobile World Congress 2020” sərgisinin fevralın 24-77-də İspaniyanın Barselona şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

 

Nizam Nuriyev






13/02/20    Çap et