Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” dəstəkli yeni “Apple” qurğuları nə vaxt nümayiş olunacaq?


“Apple” şirkəti 2020-ci ilin ikinci yarısında beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk “iPhone” smartfon və “iPad Pro” planşet modellərinin buraxılışını planlaşdırır. Bu barədə Tayvanın “DigiTimes” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, məlumata görə, gələcək qurğular 5 nanometrlik texnoloji proses üzrə hazırlanan “A14” prosessorları ilə təchiz ediləcək və “mmWave” və “sub-6” QHs diapazonlarında “5G” şəbəkəsini dəstəkləyəcək. Bunun tədarük regionundan asılı olacağı ehtimal edilir. Qurğuların “Qualcomm Snapdragon X55” modemləri ilə təchiz olunacağı gözlənilir.

 

Bildirilir ki, “Apple” şirkəti “iPhone 12” smartfonunu və yenilənmiş “iPad Pro” planşetini sentyabrda nümayiş etdirəcək.

 

Həmçinin qeyd olunur ki, “Win Semi” şirkəti “ToF” və “AR” kameraları üçün “VCSEL” komponentlərinin yeganə tədarükçüsü qismində çıxış edəcək.

 

Nizam Nuriyev






14/02/20    Çap et