Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“FIDO” Alyansının tərkibi genişlənir


“Apple” şirkəti parolsuz giriş standartının hazırlanması ilə məşğul olan “FIDO” (Fast Identification Online – “Sürətli onlayn identifikasiya”) Alyansına yeni üzv seçilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, təşkilatın tərkibinə informasiya texnologiyaları sahəsinin “Google”, “Microsoft”, “Samsung”, “Amazon”, “ARM” və “Intel” kimi liderləri, eləcə də böyük maliyyə şirkətləri (ING, Mastercard, Paypal və Visa) daxildir.

 

“FIDO” Alyansı biometrik autentifikasiya (barmaq izi skaneri, sifətin tanınması kamerası) və fiziki açarlar (USB-brelok, “ağıllı” saat) vasitəsilə asanlıqla oğurlanan və ya unudulan parolların əvəzlənməsinin tərəfdarıdır. Bu, bir saytda ələ keçirilən kodun digərində istifadə ehtimalını azaldır.

 

“Apple” şirkətinin alyansa üzvlüyü parolsuz autentifikasiya imkanının “iOS” və “macOS” sistemli əksər qurğulara quraşdırılacağı deməkdir. Hazırda dəstək məhduddur: məsələn, istifadəçilər “Mac” kompüterlərində bloklanmanı “Apple Watch” vasitəsilə sistemə daxil olmaqla və ya “Face ID” sifət skanerinin köməyi ilə şəxsiyyətlərini təsdiq etməklə çıxara bilirlər.

 

Nizam Nuriyev






14/02/20    Çap et