Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung The Wall” modul ekranlarının yeni versiyası buraxılıb


"Samsung Electronics" şirkəti fevralın 11-14-də Niderlandın paytaxtı Amsterdamda keçirilən "Integrated Systems Europe (ISE) 2020" tədbiri çərçivəsində displeylər sahəsində qabaqcıl texnologiyalar təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, ən maraqlı eksponatlardan biri kommersiya sahəsi üçün "The Wall" modul ekranının yeni versiyası olub. Panelin əsasını "MicroLED" texnologiyası təşkil edir. Qurğularda ölçüsü bir neçə mikrondan ibarət mikroskopik işıq diodlarından istifadə olunub.

 

"The Wall for Business" seriyasında birləşən yeni ekranlara müxtəlif tərəf nisbətlərinə malik 219-292 düym diaqonallı versiyalar daxildir. Bu panellər "4K" formatına uyğundur.

 

Bundan başqa, ən böyük "The Wall" ekranları nümayiş olunub: 437-583 düym ölçülü "The Wall for Business" panelləri "8K" formatı ilə uyğunluq təşkil edir.

 

"ISE 2020" sərgisində, həmçinin 24 saatlıq iş rejimi üçün nəzərdə tutulan "Samsung QLED 8K SMART" adlı "8K" formatlı ilk displey nümayiş edilib. Belə panellərin diaqonalı 65, 75, 82 və 98 düym təşkil edə bilər.

 

Həmçinin "Samsung" ekspozisiyasında biznes üçün "Flip 2" lövhəsi təqdim edilib. Bu, kollektiv iş üçün iclas, görüş, təqdimat və s. keçirməyə imkan verən xüsusi displeydir.

 

Nizam Nuriyev






15/02/20    Çap et