Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” növbəti nəsil “iPhone” smartfonlarını öz “5G” antena modulu ilə təchiz etmək niyyətindədir


Çoxsaylı şayiələrə görə, "Apple" cari ildə "Snapdragon X55" modemi əsasında işləyən və beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən ilk smartfonlarını təqdim edəcək. Ancaq "Fast Company" şirkətinin yeni məlumatlarına əsasən, "Apple" korporasiyası "Qualcomm"un mövcud həllinin əvəzinə, öz antena modulundan istifadə etmək niyyətindədir. Bu, yarımkeçirici nəhəngdən asılılığı azaltmaq istəyi ilə bağlıdır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "itc.ua" saytına istinadən yazır ki, mənbə iddia edir ki, problem "Qualcomm QTM525" (mmWave) "5G" antenasının ölçüsü ilə bağlıdır. Belə ki, növbəti nəsil "iPhone" modellərinin incə korpusu üçün çox qalındır. Buna görə "Apple" şirkəti smartfonlarının dizaynına uyğun gələn antena modulunu özü hazırlayır. Ancaq hələ ki qəti qərar qəbul edilməyib, şirkət indi hər iki konstruksiya variantını nəzərdən keçirir.

 

Emil Hüseynov






17/02/20    Çap et