Çində ay təqvimi üzrə Yeni il bayramı ilə əlaqədar tətildən sonra məktəblərdə dərslər fevralın 17-də başlamalı idi. Ancaq “COVID-19” virusunun kütləvi yayılmasına görə məktəblərin açılışı təxirə salınır. Şagirdlərin yenidən məktəblərdə parta arxasında oturacağı tarix hələ ki dəqiq bilinmir. Amma tədris prosesi dayandırılmayıb: milyonlarla çinli məktəbli internet üzərindən biliklərə yiyələnəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, Çində ibtidai və natamam orta məktəb şagirdləri onlayn proqramlardan istifadə imkanına yiyələniblər. Tədris materialları müəllimlər tərəfindən keçirilən videodərslərdən ibarətdir. Müəllimlərlə məktəblilər arasında dialoq onlayn çat vasitəsilə qurulur. Təhsil saytlarında, həmçinin koronavirusa yoluxmanın qarşısının alınması üzrə təlimatlar yerləşdirilib.
Emil Hüseynov