Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” İT təhlükəsizlik tərtibatçısını satın alıb


“Twitter” mikrobloqlar xidməti keçən il fəaliyyətə başlamış “Whisper Systems” firmasını satın almaq üzrə saziş bağlayıb. “Whisper Systems”-in əsası kompyuter təhlükəsizlik tədqiqatçıları Moksi Marlinspayk (Moxie Marlinspike) və Stüart Anderson tərəfindən (Stuart Anderson) qoyulub.

 

“Startap” şifrləmə alətlərinin hazırlanması və “Android” ilə işləyən qurğularda məlumatların ehtiyat köçürülməsi, şəbəkə əlaqələrinin təhlükəsizliyinin təmin olunması vasitələri və s. üzrə ixtisaslaşıb. Qeyd edilir ki, “Whisper Systems” komandası “Twitter”-ə mikrobloqlar sisteminin məhsul və xidmətlərində "öz texnologiyalarının inteqrasiyası və peşəkar biliklərdən istifadə" məqsədi ilə qoşulacaq.

 

Ehtimal ki, “Whisper Systems” hazırlamaları “Twitter” mobil əlavələrinin təhlükəsizliyinin artırılması üçün istifadə ediləcək. Sazişin dəyəri və onun bağlanma müddəti açıqlanmır. “Twitter”də qeydiyyatdan keçmiş hesabların sayı 200 milyonu ötür. Hər gün istifadəçilər təxminən 250 milyon tvit yaradırlar.






29/11/11    Çap et