Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmənin təhlükəli olduğunu etiraf edib


"Microsoft" korporasiyası sistemdə problemlər yaradan "Windows 10" yeniləməsini geri çağırıb. Bu haqda "Windows Latest" yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, məlumata görə, fevralın 11-də təqdim edilmiş "KB4524244" nömrəli yeniləmə qurğularda müxtəlif nasazlıqlara səbəb olub.

 

Şirkət yeniləmə ilə bağlı kritik problemləri etiraf edib və onu silmək üçün təlimat dərc edib. Tərtibatçılar yaxın vaxtlarda səhvi aradan qaldırmağa söz veriblər.

 

Emil Hüseynov






19/02/20    Çap et