Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib


Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəqəmli strategiya haqqında təkliflərini açıqlayıb. Bu haqda “Reuters” agentliyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, bundan başqa, süni intellektin idarə edilməsi və tətbiqi, ABŞ-ın “Facebook”, “Google” və “Amazon” kimi texnologiya nəhənglərinin fəaliyyətinin tənzimlənməsi üzrə qaydalar müəyyənləşdirilib.

 

Tədbir və təkliflər paketi Avropanın rəqəmli gələcəyini müəyyənləşdirəcək. Bu haqda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.

 

Bu tədbirlərin məqsədi vahid Avropa məlumat bazarını yaratmaq və süni intellektin texnologiyalarından istifadənin məxfilik və etik problemləri nəzərə almasını təmin etməkdir.

 

Emil Hüseynov






20/02/20    Çap et