“VisionMobile” şirkəti hesablamalarına əsasən, hal-hazırda mobil aparat bazarının 27%-ni smartfonlar təşkil edirlər. Smartfonlar daha çox Şimali Amerika və Avropada istifadə edilir, belə ki, onların burada payı müvafiq olaraq 63 və 51%-ə bərabərdir.
Asiya-Sakit okean regionunda bu göstərici 19%; Afrika və Orta Şərqdə 18%-dir. Ən kiçik göstərici - 17% Latın Amerikasında qeyd edilmişdir. Dünya miqyasında ən yüksək tələbat “Apple”, “Nokia” və “Samsung” smartfonlarınadır. “Android” mobil əməliyyat sistemlərinin reytinqində liderlik edir, sonrakı yerdə “Symbian” və “iOS” platformalarıdır.
“Gartner” şirkətinin hesablamalarına əsasən, üçüncü rübdə bütün dünyada təxminən 440 milyon mobil aparat satılıb. 1 il ərzində smartfonlara olan tələbat 42%-i ötüb.