Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib


“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm “mmWave”, həm də “Sub-6 Ghz” şəbəkələrini dəstəkləyən 5 nm-lik ilk “5G” modemdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, yeni modem 7,5 Qbit/s-dək DL sürəti və 3 Qbit/s-dək UL sürəti təmin edir. “X60” modemi “5G”-nin qlobal dəstəyi üçün TDD və FDD şəbəkələrində işləyir. Bundan başqa, sözügedən modem “4G LTE” şəbəkələrini, həmçinin köhnə “3G” və “2G” şəbəkələrini dəstəkləyir.

 

Yeni modemin ən böyük üstünlüyü onun ölçüsüdür (5 nm).

 

Yeni radio standartı (VoNR) üzrə səsin ötürülməsi daha bir yeni funksiyadır. Bu funksiya “5G” şəbəkələrində avtonom yüksək keyfiyyətli səs rabitəsini təmin edir.

 

Yeni “Qualcomm Snapdragon X60 5G” modemi ilə təchiz edilmiş ilk qurğuların 2021-ci ilin əvvəlində bazara çıxarılacağı gözlənilir.

 

Emil Hüseynov






20/02/20    Çap et