Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” Meksikada layihələrə 1,1 milyard dollar investisiya qoyacaq


Meksika Prezidenti Andres Manuel Lopes Obrador “Microsoft” şirkətinin beş il ərzində ölkədə informasiya texnologiyaları layihələrinə 1,1 milyard dollar yatıracağını bəyan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, onun sözlərinə görə, “Microsoft” müxtəlif sahələrə 1,1 milyard dollar investisiya qoymaq qərarına gəlib. “Meksika xalqı adından baş direktorla aparılan danışıqlar zamanı qəbul edilən öhdəliklərin yerinə yetirilməsinə görə şirkətə minnətdarlığımızı bildiririk”, - prezident mətbuat konfransında qeyd edib.

 

“Microsoft” korporasiyasının icraçı direktoru Satya Nadella videomüraciətdə bildirib ki, Meksika üçün innovasiyalar planı 5 il üçün nəzərdə tutulub və vətəndaşların rəqəmli texnologiyalardan istifadə imkanını genişləndirmək məqsədi daşıyır.

 

İnvestisiya proqramı çərçivəsində ölkədə “bulud” məlumatları mərkəzləri yaradılacaq. Bundan başqa, ali məktəblərlə əməkdaşlıqda təhsil proqramına üç virtual laboratoriya və auditoriyanın yaradılması daxil olacaq.

 

Nizam Nuriyev






21/02/20    Çap et