Telekommunikasiya, texnologiya, aviasiya və aerokosmik şirkətlər qrupu "HAPS Alliance" adlı əməkdaşlıq yaradıblar. Onlar internetə çıxışı yaxşılaşdırmaq üçün stratosferdə yüksək hündürlükdə uçan aparatlardan istifadə texnologiyasını işləyib hazırlayacaqlar.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, sözügedən ittifaq, həmçinin hökumətlərin "yüksək hündürlükdə əlçatan interneti" aktiv tətbiq etməsinə nail olmağa çalışacaq, vahid spesifikasiya və standartlarla əməkdaşlıq üçün şərait yaradacaq.
Artıq ittifaq yüksək hündürlükdə genişzolaqlı interneti tətbiq etməyə hazır olan "HAPSMobile SoftBank" şirkəti ilə razılaşma imzalayıb.
Emil Hüseynov