“Technavio” analitiklərinin proqnozuna görə, 2023-cü ildə beşinci nəsil (5G) şəbəkələri üçün qlobal avadanlıq bazarının həcmi 2019-cu illə müqayisədə 16,28 milyard dollar yüksələcək. Belə məhsullara sərf olunan xərclər təxminən hər il 71% artacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, araşdırmaya görə, “5G” avadanlıq bazarının çox hissəsinə bir neçə istehsalçı nəzarət edir. Belə şirkətlər arasında “Huawei Technologies”, “Nokia”, “Samsung Electronics”, “Ericsson” və “ZTE” var.
“Samsung” 2019-cu ilin sonunda özünü “5G” avadanlıq bazarının lideri adlandırıb və ilk yarımilliyin nəticəsinə görə bazar payı 28% təşkil edib. “IHS Markit” tədqiqat şirkətinin məlumatına əsasən, 2019-cu ildə mobil şəbəkələr üçün qlobal qurğular bazarında “Samsung”un bazar payı təxminən 11% təşkil edib ki, bu da ötənilki nəticədən (5%) 2 dəfə yüksəkdir.
“Technavio” şirkətinin analitiklərinin sözlərinə görə, “5G” avadanlığa tələbatın artması “ağıllı” şəhərlərdə yüksəksürətli mobil şəbəkələrin tətbiqi ilə izah edilir.
Emil Hüseynov