Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti “Xperia 10 Mark II” smartfonunu təqdim edib


“Sony” şirkəti qabaqcıl “Xperia 1 Mark II” aparatı və peşəkarlar üçün “Xperia Pro” prototipi ilə yanaşı, həmçinin “Xperia 10 Mark II” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, aparat enerjiyə qənaətcil “Snapdragon 665” prosessoru, 6 düymlük Full HD təsvir ölçülü OLED displey, 4 QB əməli və 128 QB daxili yaddaşla təchiz edilib.

 

Arxa paneldə 3 kamera quraşdırılıb: 8 meqapiksellik genişbucaqlı, 12 meqapiksellik əsas kamera və 8 meqapiksellik telefoto. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.

 

Akkumulyatorun tutumu 3600 milliamper/saat təşkil edir. Aparat, həmçinin “IP65/68” standartına uyğun olaraq su və tozdan qorunub və hər iki tərəfdən “Gorilla Glass 6” şüşəsinə malikdir.

 

2020-ci ilin yazında satışa çıxarılacaq “Xperia 10 II” aparatının qiyməti açıqlanmayıb.

 

Emil Hüseynov






25/02/20    Çap et