Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti “5G”-ni dəstəkləyən qatlanan smartfonunu təqdim edib


Çinin "Huawei" texnologiya korporasiyası Barselonada keçirilmiş onlayn təqdimatda "5G" qoşulmasını dəstəkləyən "Mate XS" adlı qatlanan smartfonunu nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, məlumata görə, model "5G" şəbəkəsini dəstəkləyir. Bundan başqa, qurğu eyni zamanda iki proqramla işləməyə imkan verən "çoxpəncərəli rejimi" dəstəkləyəcək.

 

"Huawei" bir il bundan əvvəl "5G" texnologiyasını dəstəkləyən "Mate X" qatlanan smartfonunu elan etmişdi.

 

ABŞ administrasiyası "Huawei" şirkətini Çin kəşfiyyatı ilə əməkdaşlıqda və müştəriləri izləməkdə ittiham edir. ABŞ bir sıra ölkələri "5G" standartına keçid vaxtı "Huawei"nin infrastruktur və avadanlıqlarından istifadə etməməyə çağırır. Çin şirkətinin rəsmisi ABŞ-ın ittihamlarını əsassız adlandırıb və bildirib ki, onlar siyasi motiv daşıyır və bazar rəqabətinin prinsiplərini pozur.

 

Emil Hüseynov






25/02/20    Çap et