Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti “Honor 9x Pro” aparatını təqdim edib


Çinin “Huawei” şirkəti ucuz, amma məhsuldar “Honor 9x Pro” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Kirin 810” prosessoru ilə təchiz edilmiş qurğu 1080 x 2340 piksel təsvir ölçülü 6,59 düym diaqonallı displeyə malikdir. Aparat "9 qat" soyutma sistemindən istifadə edir.

 

“Honor 9x Pro” smartfonunun ön kamerası irəli çəkilən modulda yerləşdirilib. Kamera qoruma sisteminə malikdir: datçik smartfonun yerə düşməsini qeydə alan kimi kamera korpusun içində gizlənir. Qurğunun əsas kamerası 48, 8 və 2 meqapiksellik 3 datçikdən ibarətdir. Smartfona quraşdırılmış akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir.

 

“Honor 9x Pro” smartfonu iki rəngdə (“Phantom Purple” və “Midnight black”) təqdim edilib.

 

6 QB əməli və 256 QB daxili yaddaşa malik versiyanın qiyməti 249 avro təşkil edir.

 

Emil Hüseynov






25/02/20    Çap et