Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” bükülən smartfonlar istehsalını dayandırıb


“Samsung” şirkəti Cənubi Koreyanın Kumi şəhərində yerləşən elastik smartfonlar istehsalı zavodunu müvəqqəti bağlayıb. Buna səbəb kimi əməkdaşlardan birində koronavirus əlamətlərinin aşkarlanması göstərilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, koronavirus simptomları zavod əməkdaşında şənbə günü aşkarlanıb. Əməkdaş və onun həmkarları karantinə göndərilib. “Samsung” insidentə Kumi zavodunun fəaliyyətinin müvəqqəti dayandırılması ilə reaksiya verib. Şirkətin smartfonlarının əksər hissəsinin Vyetnam və Hindistanda yığılması bildirilsə də, Kumidə bükülən “Galaxy Z Flip” və “Galaxy Fold” smartfonlarının istehsalı cəmləşib.

 

Qeyd edək ki, fevralın 11-də “Unpacked” tədbirində təqdim edilən “Galaxy Z Flip” smartfonu iki ekranla təchiz edilib. Onun biri elastik “Super AMOLED” matrisasına malikdir və ortadan qatlanır.

 

Nizam Nuriyev






26/02/20    Çap et