Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib


“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni aparat “HD ” (1560x720 nöqtə) təsvir ölçülü və tərəflər nisbəti 19,5:9 olan 6,53 düym diaqonallı IPS ekrana malikdir. Qurğunun əsas kamerası üç sensordan ibarətdir: 16 mp-lik əsas (f/1.75), makro çəkiliş və portret rejimi üçün 2 ədəd 2 meqapiksellik.

 

“Wildfire R70” smartfonu 16 nanometr texnologiya üzrə hazırlanmış “MediaTek Helio P23” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daşıyıcı ilə təchiz edilib. Modelin akkumulyatorunun tutumu 4000 milliamper/saat təşkil edir, enerji doldurma üçün “micro-USB” portu istifadə olunur. Arxa qapaqda qurğunun blokdan çıxarılması üçün barmaq izləri skaneri yerləşdirilib. Cihaz “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov






28/02/20    Çap et