Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” koronavirusa görə tərtibatçılar üçün konfransı ləğv edib


"Facebook"un tərtibatçılar üçün illik konfransı koronavirusun yayılması təhlükəsinə görə ləğv edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Facebook"un tərtibatçıları "F8" konfransının gedişində ənənəvi olaraq yeni hazırlamaları nümayiş etdirirlər və yaxın ildə sosial şəbəkənin inkişafının əsas istiqamətlərini açıqlayırlar.

 

"F8 konfransı "Facebook" üçün mühüm hadisədir... amma bizim tərəfdaş tərtibatçılarımızın, əməkdaşlarımızın sağlamlığı və təhlükəsizliyi daha vacibdir" – şirkətin hazırlamalar bölməsinin rəhbəri Konstantinos Papamiltiadis konfransın saytında deyib.

 

"Facebook" konfransın yerinə tərtibatçıların iştirakı ilə videoyayım keçirməyi planlaşdırır.

 

Emil Hüseynov






28/02/20    Çap et