Çinin Lenovo şirkəti WCDMA mobil şəbəkələrində istifadə üçün nəzərdə tutulmuş LePhone S2 smartfonunu təqdim edib. Smartfon 1,4 QHz takt tezlikli Qualcomm MSM8255 (Snapdragon ailəsi) prosessoru ilə təchiz edilib, əməliyyat sistemi kimi Android 2.3.4 versiyasının platforması istifadə olunur.
Sensor ekran 3,8 düym diaqonala malikdir; onun kəskinliyi 480×800 nöqtə təşkil edir. LePhone S2 smartfonu 2 modifikasiyada təklif ediləcək: biri 512 MB əməli yaddaş və 8 QB tutuma malik fləş daşıyıcı ilə, digəri isə 1 Qb əməli yaddaş və 16 QB fləş modul.
Monoblok korpusun arxa tərəfində 720p formatında yüksək dəqiqlikli video yazma imkanını dəstəkləyən 8 meqapiksel kamera yerləşir. Qidalanmanı 1500 mA/saat tutumlu akkumulyator batareyası təmin edir. Smartfonun qalınlığı 10,9 millimetr; çəkisi isə təxminən 120 qramdır. LePhone S2 smartfonunun qiyməti haqqında informasiya yoxdur.