BBC bildirib ki, Britaniya Kitabxanası 18 və 19-cu əsrlərin təxminən 4 milyon qəzet səhifəsini elektronlaşdırıb. Səhifələrin rəqəmsal surətləri daha əvvəl xüsusi tərzdə skanerdən çıxarılmış və indi isə netdə yerləşdirilib.
Böyük Britaniya və İrlandiyanın ərazisində çıxarılmış təxminən 200 müxtəlif qəzet elektronlaşdırılıb. Elektron materiallarda kraliça Viktoriyanın kəbin kəsmə mərasiminin tarixi təsvirləri, dəmir yolu və digər hadisələrin təsvirləri var. Britaniya Kitabxanasının rəhbəri Edvard Kinq bildirib ki, hamı üçün açıq olan rəqəmsal kolleksiyanın analoqu yoxdur.
Məlumatlar üzrə axtarış pulsuzdur, lakin bütöv qəzet səhifələrinin oxunması üçün ödəniş etmək lazımdır. Kinq bildirib ki, arxivdə keçmişin Aberdeen Journal, Belfast Newsletter, Western Mail və ya Manchester Evening News kimi nadir nəşrləri də var.
Məqalələrin skan edilməsi əvvəlki kimi davam edir və xüsusi komanda hal-hazırda hər gün 8000 səhifə elektronlaşdırır. Layihə çərçivəsində sonrakı 10 il ərzində təxminən 40 milyon qəzet skanerdən çıxarılmalıdır.