"British Airways" aviaşirkəti Hitrou hava limanında avtonom işləyən əlil arabasını sınaqdan keçirməyə başlayıb. Bu, məhdud qabiliyyətli insanların sərbəst hərəkətinə imkan verəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "British Airways" hazırlanmış qurğuların məhdud qabiliyyətli sərnişinlərə necə kömək edə biləcəyini sınaqdan keçirmək istəyir. İndiyədək əlil arabaları yalnız laboratoriya şəraitində yoxlanılmışdı.
Şirkətin rəsmisi deyib ki, qurğu sürətli deyil, amma o, maneəni keçərək başqa sərnişinlərə mane olmamağa kömək edə bilər. Bu məqsədlə toqquşmalardan qorunma texnologiyası istifadə olunur. Yeni əlil arabası, həmçinin personalın köməyi olmadan terminallarda hərəkət edə bilər. Sərnişini düşürəndən sonra əlil arabası özü dayanacağa qayıdır və növbəti insanı gözləyir.
Emil Hüseynov