Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti “5G” avadanlığının buraxılışı üzrə zavod tikir


Çinin “Huawei” şirkəti Fransada “4G” və “5G” şəbəkələri üçün telekommunikasiya avadanlığının istehsalı üzrə yüksək avtomatlaşdırılmış zavodun inşasına başlayıb. Layihəyə yatırılan investisiyaların həcmi 200 milyon avro təşkil edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, plana görə, müəssisədə hər il Avropa müştəriləri üçün nəzərdə tutulan 1 milyard avro dəyərində məhsul buraxılacaq. Zavodda 500-ə yaxın işçinin işləyəcəyi gözlənilir. Hazırda şirkətin bütün Avropa obyektləri üzrə işçi heyətinin sayı 12 min nəfərdən çoxdur. “Huawei” şirkətinin Avropada iştirakı sayəsində birbaşa və dolayısilə təxminən 170 min iş yeri yaradılıb.

 

Şirkətin məlumatında qeyd olunur ki, dünyanın ən qabaqcıl sənaye mərkəzlərindən biri olan Fransa inkişaf etmiş istehsal infrastrukturu və yüksək təhsilli işçi resurslarına malikdir və onun yerləşdiyi coğrafi mövqe “Huawei” üçün idealdır.

 

Nizam Nuriyev






03/03/20    Çap et