Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” smartfonlarda məhsuldarlığın aşağı düşməsinə görə 500 milyon dollar ödəməyə qərar verib


“Apple” korporasiyası köhnə “iPhone” cihazlarının sahiblərinə 500 milyon dollaradək ümumi kompensasiya ödəməyə razılaşıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiya “iOS” mobil əməliyyat sisteminin yeni versiyaları quraşdırıldıqdan sonra məhsuldarlığı aşağı düşmüş ABŞ-dakı hər bir cihaz üçün 25 dollar ödəməyə razılaşıb.

 

Məlumata görə, “Apple” sözügedən qərarı qəbul etsə də, öz günahını etiraf etməyib.

 

2017-ci ilin sonunda “Apple” şirkəti “iPhone” cihazlarının məhsuldarlığının aşağı düşməsini etiraf etmişdi. Şirkətin rəsmiləri bildirmişdilər ki, onlar bunu yalnız yüksək yüklənmə vaxtı cihazın öz-özünə sönməsinin qarşısını almaq üçün ediblər. “iOS 11.3” sistemi çıxarılandan sonra smartfonlarda məhsuldarlığın aşağı düşməsini aradan qaldırmaqla yanaşı, batareyanın vəziyyətini də yoxlamaq imkanı əlçatan olub.

 

Emil Hüseynov






03/03/20    Çap et