Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Samsung Apple-a qalib gəldi


Koreyanın elektronika istehsalçısı Samsung Electronics şirkəti Avstraliya məhkəməsində Apple şirkəti üzərində qələbə qazanıb. İlk əvvəl məhkəmə Apple şirkətinin iddiasını təmin edib, belə ki məhkəmə Samsung şirkətinin hazırladığı planşetin Apple korporasiyasının müəllif hüquqlarını pozması ilə bağlı qərar qəbul etmişdi.

 

Lakin sonra Samsung şirkəti Galaxy Tab planşetini bir qədər dəyişdirmiş və bu qərar ilə bağlı apelyasiya verib. Apelyasiya qərarına əsasən, Samsung şirkəti öz planşetlərini Avstraliya bazarında sata bilər. Həmçinin məhkəmə bildirib ki, Apple şirkətinin bu qərar ilə bağlı şikayət etmək hüququ var.






30/11/11    Çap et