“Twitter” mikrobloqlar xidməti koronavirus epidemiyası səbəbindən işçilərinin ofisə gəlməsini qadağan edərək onları evdən işləmək rejiminə keçirib. Bu barədə şirkətin açıqlamasında bildirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Honkonq, Yaponiya və Cənubi Koreyadan olan işçilər verilmiş tapşırıqları evdən yerinə yetirəcəklər, indi “Twitter” rəhbərliyi bu vəziyyətdən çıxış üçün bir sistem qurmağa çalışır. Digər ölkələrdə çalışan işçilərin ofisə gəlməsinə icazə verilir, lakin ofisdə olmaq vacib deyilsə, evdən işləmək daha məqsədəuyğundur.
Ofisdə olması vacib olan əməkdaşların təhlükəsizliyi üçün bütün otaqlarda təmizlik və dezinfeksiya işləri aparılır.
Şirkətin bu siyasəti dərhal qüvvəyə minir və “COVID-19” epidemiyasına qarşı əlçatan və təsirli peyvənd çıxarılanadək qüvvədə olacaq.
Emil Hüseynov