Çinin "Alibaba" şirkətinin tədqiqatçıları yeni "COVID-19" koronavirusunun səbəb olduğu ağciyər iltihabını 96 faiz dəqiqliklə müəyyənləşdirərək onu digər növ iltihablardan fərqləndirməyə imkan verən kompüter təlimi alqoritmi hazırlayıblar.
"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, "Nikkei Asian Review" nəşrinin məlumatına görə, analiz üçün xəstənin sinəsinin kompüter tomoqrafiyası tələb olunur. 20 saniyə ərzində şəkili analiz edən sistem cavabı göstərir. Həkimə isə bunun üçün çoxlu tomoqrafiya şəkilləri və 15 dəqiqə lazımdır.
Koronavirus infeksiyasına yoluxan 5 min ağciyər iltihabı xəstəsinin görüntüləri üzərində təlimdən keçirilən alqoritmdən artıq Çinin 100 xəstəxanasında istifadə olunur.
Nizam Nuriyev