Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milyonlarla HP printeri haker hücumu nəticəsində yana bilər


Milyonlarla HP LaserJet printeri hakerlərin potensial qurbanıdır. Kolumbiya universitetindən olan tədqiqatçılar bu qərara gəliblər. Onlar şirkətin printerlərində boşluq aşkar ediblər. Belə ki bu boşluq printerlərə uzaqdan ziyanverici proqram təminatı yerləşdirməyə imkan verir.

 

Alimlərin sözlərinə əsasən, nəzəri cəhətdən kibercinayətkarlar istənilən çap edilən informasiyanı ələ keçirə bilərlər. Bundan əlavə, ziyanverici proqram vasitəsi ilə termoelementi daim qızdırmaqla, hətta printeri alışdırmaq da olar.

 

HP alimlərin məlumatına dərhal reaksiya verib və boşluğun mövcud olmasını təsdiqləyib. Korporasiyanın mütəxəssisləri boşluğun aradan qaldırması üzərində işləyirlər.






30/11/11    Çap et