“Google” şirkəti tərəfindən hər il keçirilən “Google I/O” konfransı ləğv edilib. Sözügedən konfrans mayın 12-dən 14-dək Kaliforniyada keçirilməli idi.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, "COVID-19 koronavirusu ilə əlaqədar narahatçılıq, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri və digər tibb müəssisələrinin tövsiyələrinə uyğun olaraq biz “Google I/O” tədbirinin keçirilməsini ləğv etmək qərarına gəldik" - şirkətin rəsmisi açıqlama verib.
Emil Hüseynov