Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Apple növbəti il öz satış göstəricilərini ikiqat artıracaq


Apple şirkətinə aid mobil qurğuların satışları 2012-ci ildə 280 milyona çata bilər. Asymco marketinq şirkətinin proqnozlarına görə, Apple növbəti il öz satış göstəricilərini ikiqat artırmaq üçün bütün şanslara malikdir. Qeyd edək ki, Apple şirkəti sentyabr ayının 24-də 2011 maliyyə ili üzrə yekun hesabat dərc edib.

 

Şirkətin məlumatlarına əsasən, bu il 72 milyon iPhone smartfon, 32 milyon iPad planşet və 42,6 milyon iPod pleyr satılıb. Bir neçə həftə əvvəl Janney Capital Markets şirkətinin dərc etdiyi proqnoza əsasən, Apple korporasiyası 2012-ci ildə bazara 107 milyon iPhone smartfonu tədarük edəcək.






30/11/11    Çap et