“Apple” korporasiyası “iPhone” və xidmət mərkəzləri üçün ehtiyat hissələri ilə əlaqədar problem yaşayır. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg”in jurnalisti Mark Qurman deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, agentliyin məlumatına görə, şirkət xidmət mərkəzlərinin bir hissəsinə komponentlərin çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.
“Bloomberg” nəşri dəqiqləşdirib ki, komponent çatışmazlığına görə şirkət xidmət məsələləri üzrə öz standartlarına düzəliş edib. Məsələn, əvvəllər xidmət mərkəzinin əməkdaşları cüzi zədələnmə səbəbindən müştərinin smartfonunu yenisinə dəyişirdilərsə, amma indi “Apple” onlara konkret detalı dəyişdirməyi tövsiyə edirlər.
ABŞ şirkəti komponent çatışmazlığının səbəbini açıqlamır. Mark Qurmanın fikrincə, gecikmə “COVID-19” koronavirus infeksiyasının yayılmasının səbəb olduğu karantinlə bağlı ola bilər.
Emil Hüseynov