“Samsung” və “MediaTek” şirkətləri “Wi-Fi 6” standartını dəstəkləyən dünyanın ilk “8K QLED” televizorunu təqdim edib. Seriyaya “Q950” və “Q900” modelləri daxildir.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yeni məlumat ötürmə standartı onlayn translyasiyalara baxış zamanı maksimal sürəti təmin edəcək. Rəqəmlərdə “Wi-Fi 6” dəstəkli uyğun marşrutlayıcının mövcud olması şərti ilə 13 Qbit/saniyəyədək buraxılış qabiliyyəti qeyd olunur.
Gələcəkdə Cənubi Koreya istehsalçısının digər televizorlarının da yeni məlumat ötürmə standartı ilə təchiz ediləcəyi gözlənilir. Lakin hazırda konkret modellər barədə məlumat verilmir.
Məlumata görə, “Samsung” bahalı “ağıllı” televizorlar seqmentinin artımını stimullaşdırır. Bu isə öz növbəsində Çinin “MediaTek” çip istehsalçısına innovativ həlləri bazara çıxarmağa imkan verir.
Qeyd edək ki, “Wi-Fi 6” dəstəkli “MediaTek” çipləri əksər marşrutlayıcı və şəbəkə qurğularına quraşdırılıb.
Nizam Nuriyev