Veb mənbələrin məlumatına əsasən, Microsoft korporasiyası Apple iPad planşet kompyuterləri üçün ofis paketini çıxaracaq. Müxtəlif hesablamalara əsasən, hal-hazırda iPad planşet bazarının 70-80%-ni tutur.
Microsoft Office paketi isə redmond korporasiyanın əsas gəlir mənbələrindən biridir. Microsoft korporasiyasının, həmçinin Mac OS X Lion əməliyyat sistemi üçün ofis proqramları dəsti üzərində çalışdığı bildirilir. İlkin informasiyaya əsasən, Microsoft korporasiyasının yeni ofis paketlərinin relizi 2012-ci ilə planlaşdırılıb.