Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows” üçün ən böyük təhlükəsizlik paketini təqdim edib


"Microsoft" bu həftə şirkətin tarixində ən böyük aylıq təhlükəsizlik paketini təqdim edib. Aradan qaldırılmış 115 boşluqdan 26-sı kritik əhəmiyyətlidir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, lakin məlum olub ki, bütün problemlər həll edilməyib. "SMBv3" boşluğu haqqında ətraflı məlumat dərc edildikdən sonra mütəxəssislər həyəcan siqnalı çalıblar. Mütəxəssislər iddia edirlər ki, sözügedən boşluq "EternalBlue" tipi üzrə daha bir eksploytun yaradılmasına səbəb ola bilər və onu düzəltmək lazımdır.

 

Həmçinin mövcud olan "CVE – 2020-0684" boşluğu istifadəçilərin qurğularında zərərverici proqramlar yerləşdirilməsinə imkan verir.

 

Emil Hüseynov






12/03/20    Çap et