Bu gün Cənubi Koreyada yeni pilotsuz uçan aparat təqdim edilib. O, dünyada ən sürətli pilotsuz aparatdır. Həmçinin dünyada vertikal uçan və yerə enə bilən ilk uzaq məsafədən idarə olunan aparatdır.
Yeni pilotsuz aparat 2002-ci ildən Cənubi Koreya aerokosmik tədqiqatlar İnstitutunun və təxminən 10 şirkətin rəhbərliyi altında hazırlanırdı. Təyyarənin təsvirində bildirilib ki, o, dünyada ən sürətli pilotsuz aparatdır. Belə ki saatda 400 kilometr sürətlə hərəkət edə bilər.
Sürət üzrə ikinci amerikanın Predator pilotsuz aparatıdır. Koreya mühəndislərinin sözlərinə əsasən, pilotsuz aparat vertikal uçuş və yerə enmə imkanı sayəsində çox geniş istifadə sferasına malikdir.
Pilotsuz aparatın çəkisi təxminən 1 tona yaxındır, qanadlarının eni təxminən 7 metr və uzunluğu 5 metrdir.İstehsalçılar bildiriblər ki, hələ ki aparatın qiyməti təyin edilməyib, lakin aparat gələcəkdə bazara çıxarılacaq.