Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” planşet bazarında uğur qazana bilmir


Bu gün dünya bazarında “Windows 7” əsasında olan planşetlər var, lakin onların satışları son dərəcə azdır. “Microsoft” korporasiyası rəqibləri “Windows 8” əməliyyat sistemi vasitəsi ilə sıxışdırmağı planlaşdırıb.

 

Lakin “Forrester” şirkətinin apardığı tədqiqatın nəticəsinə əsasən, Amerika korporasiyası yeni bazara çıxmaqda gecikə bilər.Sorğu gedişində məlum olub ki, planşet alıcılarının “Windows 8” sisteminə marağı sürətlə azalır.

 

2011-ci ilin ilk rübündə respondentlərin 46%-i “Windows 8” əməliyyat sistemini öz planşetində görmək istəyərdilərsə, 3-cü rübün nəticəsinə görə bu göstərici 25%-ə qədər azalıb. Bu vaxt ərzində “Android” sisteminin payı 9%-dən 18%-ə qədər, “iOS” modellərin isə 16%-dən 28%-ə qədər artıb.






01/12/11    Çap et