Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal brauzerlər bazarında “Chrome”un bazar payı üç aydır ardıcıl azalmaqdadır


40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin məlumatına əsasən, qlobal brauzerlər bazarında “Chrome”un bazar payı 3 aydır ardıcıl olaraq azalmaqdadır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2020-ci ilin fevral ayının nəticəsinə görə, internetə çıxış üçün istifadə edilən masaüstü kompüter və noutbukların 68,85%-nə “Chrome” brauzeri quraşdırılıb. Brauzerin bazar payı 2019-cu ilin noyabrından azalmaqdadır.

 

Ən populyar brauzerlərin reytinqində ikinci yeri 2020-ci ilin ikinci təqvim ayının nəticəsinə görə, 7,57% bazar payına malik “Firefox” tutub. “Microsoft Edge” brauzerinin bazar payı 7,39% təşkil edib.

 

“Microsoft” şirkəti “Edge” brauzerinin göstəricilərindən narazı idi və onu tamamilə yenidən işləməli olub. “EdgeHTML” mühərrikinin əvəzinə “Chromium”dan istifadə edilib.

 

“Microsoft”un digər brauzeri “Internet Explorer” dünyadakı kompüterlərin 6,38%-nə quraşdırılıb.

 

Emil Hüseynov






17/03/20    Çap et