Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhlükəli qoxuları müəyyənləşdirən çip təqdim edilib


Amerikalı alimlər təhlükəli qoxuları müəyyənləşdirən çip təqdim ediblər. Gələcəkdə qurğu robotlara iybilmə qabiliyyətini öyrədəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Intel" və Kornell Universitetinin tədqiqatçıları 10 ən təhlükəli kimyəvi maddənin qoxusunu öyrənmək və müəyyənləşdirmək üçün neyromorf çip təqdim ediblər. Gələcəkdə bu texnologiya robotlara silahı, partlayıcı maddələri, narkotik və hətta xəstəlikləri aşkar etməyə imkan verə bilər.

 

"Intel Loihi" neyromorf çipindən istifadə edən komanda beynin iybilmə sxeminə əsaslanan alqoritm hazırlayıb. Molekullar təhlükə haqqında siqnalı göndərəcək elektrik impulslarını stimullaşdırır.

 

"Intel" korporasiyasının məlumatına görə, sözügedən çip aseton, ammonyak və metan daxil olmaqla 10 qoxunu müəyyənləşdirir.

 

Emil Hüseynov






17/03/20    Çap et